İyul 27, 2026
Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəbh liseynin psixoloqu Əliyeva Zəmanə Nəcəf qızı
Bullinq nədir?- Bullinq bir və ya bir neçə şəxsin digər şəxsə qarşı təkrar olunan qəsdən fiziki psixoloji;və sosial və ya onlayn zorakılıq davranışdır
Bullinq şagirdin özünü təhlükəsiz hiss etməsinə psixoloji sağlamlığına təhsilinə mənfi təsir göstərir.Şagirdlərin məktəbdə təhlükəsiz və dəstəkləyici mühitin formalaşdırılmasına kömək edirəm.
Bullinq hallarını vaxtında müəyyən edir və qiymətləndirirəm.
Şagirdlərin emosional rifahını qorumağa çalışıram.
Şagirdlər üçün maarifləndirici söhbətlər və təlimlər keçirirəm.
Empatiya,hörmət və sağlam ünsiyyət bacarıqlarını inkişaf etdirən fəaliyyətlər təşkil edirəm.
Siniflərdə müşahidələr aparıram, risk qruplarını müəyyən edirəm.
Zərər çəkən şagirdə psixoloji dəstək göstərirəm.
Bullinq edən şagirdlə fərdi söhbətlər apararaq davranışını tapmağa çalışıram.
Valideyn və Müəllimlərə əməkdaşlıq edirəm.
Bəzən məktəb rəhbərliyi ilə birlikdə müdaxilə planı hazırlayır və prosesi izləyirəm.
Ümumiyyətlə bullinqin qarşısının alınması bütün məktəb kollektivinin birgə məsuliyyətidir.Mən şagirdlər in təhlükəsiz mühitdə təhsil almasına dəstək verirəm. Vaxtında gördüyüm profilaktik tədbirlər və düzgün psixoloji dəstək bullinqin azalmasına və sağlam məktəb mühitinin formalaşmasına köməklik edirəm.