Rəfiqə Cəfərli

Psixologiya sahəsində elmi və praktik fəaliyyət göstərən mütəxəssisdir. Təhsilini sosial-psixoloji xidmət istiqaməti üzrə almış, fəaliyyətini əsasən psixoloji dəstək, təlimçilik və elmi araşdırmalar üzərində formalaşdırmışdır. Müxtəlif elmi və publisistik məqalələrin müəllifidir. Elmi yazılarından biri Psixologiya Elmi Tədqiqat İnstitutunda çapa təqdim olunmuş, digər məqalələri isə Ədliyyə İnfo platformasında dərc edilmişdir.

Peşəkar fəaliyyəti çərçivəsində Psixologiya Elmi Tədqiqat İnstitutunda və Ədliyyə Nazirliyində ixtisas üzrə təcrübə keçmişdir. Əsas fəaliyyət istiqamətləri art terapiya, biblioterapiya və metaforik assosiativ kartlar (MAK) ilə psixoloji iş prosesini əhatə edir. Xüsusilə MAK kartlarla aparılan psixoloji yanaşmalar üzrə ixtisaslaşmış, psixoanalitik cərəyanı əsas istiqamət kimi qəbul etmişdir.

Eyni zamanda təlimçi kimi həm canlı, həm də onlayn formatda psixoloji təlim və vebinarlar həyata keçirmişdir. Fəaliyyətinin əsas məqsədlərindən biri psixologiya sahəsində vahid və zəngin bir platforma formalaşdırmaq, psixoloqlar arasında şəbəkələşməni gücləndirmək, faydalı materialların paylaşımını genişləndirmək və psixologiyanın inkişafına töhfə verməkdir.

Bununla yanaşı, ictimai sektor istiqamətində də müxtəlif fəaliyyət və təşəbbüslərdə iştirak etmişdir.