İyun 29, 2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi və Elberr İnkişaf mərkəzinin uşaq psixoloqu Jalə Məmmədova
Uşaqların ilk illərdə inkişafı sürətli və çox həsasdır. 6 yaşa kimi beyin yeni məlumatları, bacarıqları daha asanlıqla mənimsəyir. Bu səbəbdən inkişafla bağlı hər hansı çətinlik olduqda erkən müəyyən edilməli və zamanında müdaxilə edilməlidir. Bu isə uşağın gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Erkən diaqnostika və erkən müdaxilə körpəlik və erkən uşaqlıq dövründə inkişafında ləngimə müşahidə olunan uşaqlara göstərilən dəstəkdir. Bu dəstək uşaqların fərdi ehtiyaclarına uyğun planlaşdırılır. Hansı hallarda mütəxəssisə müraciət etmək gərəklidir? Bu əlamətlər mütləq ciddi problem olduğunu göstərməsə də, psixoloji dəyərləndirmənin aparılması çox faydalı ola bilər. Həmçinin bu əlamətlər uşaqların yaşına görə dəyişə bilir.
- Nitq inkişafı yaşıdlarından geri qalırsa
- Göz kontaktı qurmaqda çətinlik çəkirsə
- Hərəkət bacarıqlarında (böyük və kiçik motor) gecikmələr olarsa
- Oyun qurma və oyuna qatılmağa marağı az olarsa
- Ünsiyyət qurmağa cəhd etməzsə
- Sadə göstərişləri başa düşməkdə çətinlik çəkirsə
- Özünəxidmət bacarıqları yaşıdlarından geri qalırsa
- Diqqəti və davranışlarında çətinliklər davamlı olarsa və digər.
Nəticə:Erkən dəyərləndirmə zamanı inkişafla bağlı çətinliklər nə qədər tez aşkar edilərsə gələcəkdə yarana biləcək problemlərin qarşısının alınma ehtimalı bir o qədər yüksək olar. Valideynlərin müşahidələri, vaxtında göstərilən terapevtik dəstək uşaqların psixoloji sağlamlıqları üçün önəmlidir.