İyun 22, 2026
Bakı Dövlət Universitetinin Təhsildə-sosial-psixoloji xidmət ixtisasının 1-ci kurs tələbəsi
Giriş
Uşaqlıqda hər şey daha sadə, daha gözəl və daha mümkün görünərdi. İnsan buludların üzərində uzanıb səmanın sonsuzluğuna qarışa biləcəyinə inanardı. O vaxt xəyallar məntiqdən yox, qəlbin saflığından doğardı. Aya çıxmaq, ulduzlara toxunmaq, dünyanı dəyişmək kimi arzular tamamilə real hiss olunurdu. Böyüdükcə bu məsum xəyallar yavaş-yavaş dəyişməyə başladı. Həyatın həqiqətləri ilə tanış olduqca, mümkün olanlarla mümkün olmayanlar arasında sərhədlər çəkildi. Uşaqlıqda “hər şey mümkündür” düşüncəsi yerini “reallıq nədir?” sualına verdi. Zaman keçdikcə xəyallar daha çox planlara çevrildi. Artıq məqsəd yalnız xoşbəxtlik deyil, həm də uğur, pul, ev, maşın kimi maddi dəyərlər oldu. İnsanlar arasında rəqabət artdıqca xəyallar da daha dar çərçivəyə sığmağa başladı. Bəlkə də buna görə böyüdükcə xəyallar kiçildi, ruh isə bir az daha yoruldu.Texnologiya inkişaf etdi, həyat asanlaşdı, amma eyni zamanda daxili saflıq da dəyişdi. İnsan daha çox qazandı, amma bəlkə də bir şeyləri itirdi — içindəki uşaq kimi saf sevinc hissini.
Nəticə-Bütün bunlara baxmayaraq, insan yenə də səmaya baxanda sakitlik tapır. Çünki bəlkə də xəyallarımız hələ də oradadır — ulduzların arasında, buludların arxasında. Həyatın içində böyümək qaçılmazdır, amma vacib olan içimizdəki saflığı qorumaqdır. Əsl xoşbəxtlik pulda və maddiyyatda deyil, həyatı hiss etməkdə, yeni şeylər kəşf etməkdə və ruhu canlı saxlamaqdadır.İnsan böyüdükcə itirməməlidir — sadəcə dəyişməyi öyrənməlidir.